Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan

Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan

Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsi təmin olunacaq.
Aktual.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, TRİPP layihəsi regionda sülhün konkret və praktik addımlarla möhkəmlənməsinə xidmət edir:
"Layihə Ermənistan ərazisindən multimodal tranzit əlaqələrinin yaradılmasını, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsini və Transxəzər ticarət marşrutuna inteqrasiyanı nəzərdə tutur.
Bu proses ərazi bütövlüyü, suverenlik və yurisdiksiya prinsipləri çərçivəsində həyata keçiriləcək və Ermənistan sülh gündəmindən imtina etməyəcək”, - Paşinyan bildirib.
Xəbər 45 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR