Fevralın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası çağırılıb.
Aktual.az APA-ya istinadən xəbər verir ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası fevral 23-də saat 1100-da Naxçıvan şəhərində çağırılıb.
Sessiyanın gündəliyinə 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr, Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi və Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi daxil edilib.
Aktual.az
Xəbər 473 dəfə oxunub.