Naxçıvan MR-in ərazisinə dəyişiklik edildi

Naxçıvan MR-in ərazisinə dəyişiklik edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsində Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsinin və onun tərkibindəki Qoşadizə kəndinin ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrindən çıxarılması nəzərdə tutulur.

Bundan əlavə, qanuna əsasən ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyesterindən çıxarılan Qoşadizə kəndinin 658 ha ərazisi bu qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinin inzibati ərazisinə birləşdiriləcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.\trend

Aktual.az

Xəbər 682 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR