Naxçıvan MR-nın Ali Məclisinin Sədri Vasif Talıbov "Naxçıvan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yaradılması haqqında fərman imzalayıb.
Aktual.az "Report”a istinadən xəbər verir ki, fərmana əsasən yeni qurum Naxçıvandakı Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin əsasında yaradılıb.
Fərmanla yeni səhmdar cəmiyyətinin nizamnaməsi təsdiq edilib, yerli Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Xəbər 358 dəfə oxunub.