Naxçıvan DTX-yə rəis müavini təyin edildi

Naxçıvan DTX-yə rəis müavini təyin edildi

Naxçıvan Muxtar Respublikasının (MR) Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini təyin edilib.


Aktual.az Apa-ya istinadən xəbər verir ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə Fariz Nəriman oğlu Bağırov Naxçıvan MR Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini təyin edilib.

Ləğv edilən Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olmuş polkovnik F. Bağırov Azərbaycan prezidenti İlham Əliyevin 27 mart 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə, xüsusilə ağır cinayət işlərinin istintaqının aparılmasında fərqləndiyinə görə “Vətən uğrunda” medalı ilə ilə təltif edilib.

Qeyd edək ki, Vasif Talıbovun 18 dekabr 2015-ci il tarixli fərmanı ilə Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyi əsasında Naxçıvan MR Dövlət Təhlükəsizlik Xidməti yaradılıb və 18 dekabr 2015-ci il tarixli sərəncamı ilə Fazil Ələkbərov Naxçıvan MR Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən azad edilərək Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, Naxçıvan MR milli təhlükəsizlik naziri, general-mayor Vəli Ələsgərov olub.

Xəbər 662 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR