Naxçıvan-Batumi avtobus marşrutu fəaliyyətə başlayacaq

Naxçıvan-Batumi avtobus marşrutu fəaliyyətə başlayacaq

İlk marşrut fevralın 20-də olacaq.

Aktual.az Avtosfer.az-a istinadən xəbər verir ki, fevral ayının 20-dən Naxçıvan-Batumi və əks istiqamətdə avtobus marşrutu fəaliyyətə başlayacaq. Avtobus Naxçıvan şəhərindən başlayaraq Türkiyə Respublikası ərazisindən keçməklə Batumi şəhərinə hərəkət edəcək.

İlk marşrut fevralın 20-də, saat 7:30-da Naxçıvan Şəhər Avtovağzalından yola düşəcək.
Bir nəfər üçün biletin qiyməti 27 manatdır.

Qeyd edək ki, biletlər muxtar respublika ərazisindəki avtovağzallarda satılacaq.

Xəbər 490 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR