Naxçıvan Ali Məclisinin deputatlarının maaşı artırıldı

Naxçıvan Ali Məclisinin deputatlarının maaşı artırıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının maaşları artırılıb.
Aktual.az xəbər verir ki, bu, altıncı çağırış Ali Məclisin 10-cu sessiyasının gündəliyində duran "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi məsələsində öz həllini tapıb.
Əvvəllər deputatlara 25 faiz vergisiz cari xərclər ödənilirdisə, artıq o xərclər ləğv olunub və vergilər də daxil olmaqla deputatların əməkhaqqı 950 manat müəyyən edilib. Buna qədər deputatların maaşı 750 manat olub.

Xəbər 279 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR