NATO Ukrayna hava məkanında Rusiya təyyarələrini vurmayacaq

NATO Ukrayna hava məkanında Rusiya təyyarələrini vurmayacaq

NATO qoşunları birbaşa Ukrayna münaqişəsində, o cümlədən bu ölkənin hava məkanında Rusiya təyyarələrinin və raketlərinin vurulmasında iştirak etməyəcək.
Aktual.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın "TSN” telekanalında deyib.
"NATO-nun siyasəti dəyişməz olaraq qalır - biz bu münaqişədə iştirak etməyəcəyik. Biz Rusiya təyyarələrinin məhv edilməsində Ukraynanı dəstəkləyəcəyik, lakin NATO bunda birbaşa iştirak etməyəcək”, - Stoltenberq bildirib.
NATO-nun baş katibi onu da vurğulayıb ki, alyans Kiyevə hərbi yardım göstərməyə, o cümlədən ölkənin hava hücumundan müdafiəsini gücləndirməyə davam edəcək.

Xəbər 142 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR