NATO Türkiyəylə bağlı fövqəladə toplantı keçirir - Son dəqiqə

NATO Türkiyəylə bağlı fövqəladə toplantı keçirir  - Son dəqiqə
  • DÜNYA

Brüsseldə NATO Şurasının Türkiyə hava məkanını pozması səbəbindən Rusiya məxsus qırıcı təyyarənin vurulması ilə bağlı fövqəladə toplantısı başlayıb.

Aktual.az Report-a istinadən xəbər verir ki, Türkiyənin istəyilə ilə keçirilən iclada NATO baş katibi və Alyansa üzv ölkələrin səfirləri qatılıb.

Toplantıda Türkiyə Rusiya qırıcısının vurulması ilə bağlı məlumat verəcək və ölkənin hava məkanını pozduğunu özündə əks etdirən radar izlərini üzv ölkələrə təqdim edəcək.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiyanın Suriyadakı hərbi aviasiya qrupuna məxsus "Su-24" döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozub. Türkiyə Hərbi Hava Qüvvələri ərazini tərk etmələri üçün ruslara 10 dəfə xəbərdarlıq edib. Bundan sonra Türkiyənin "F-16" qırıcıları "Su-24"ü zərərsizləşdirib. 

Aktual.az

Xəbər 960 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR