Türkiyə hava məkanını pozmasını pisləyib
NATO Rusiyanı Suriya müxalifəti üzərinə hava zərbələrinin endirilməsini dayandırmağa çağırıbı.
Bundan əlavə, NATO-nun təcili şurası Rusiyanın Türkiyə hava məkanını pozması qərarını pisləyib.
Alyans müttəfiqləri Rusiyanı təcili olaraq Suriya müxalifəti və mülki şəxslərə hücumları dayandırmağa, İŞİD terror təşkilatı ilə mübarizəyə yönəltməyə və suriya münaqişəsinin siyasi yolla həllinə yardım etməyə çağırıb.
"Rusiyanın hərbi əməliyyatları 3 və 4 oktyabrda Hatay vilayətində Türkiyə hava məkanının pozulmasından bəri təhlükəli həddə çatıb. Bu təyyarələr Türkiyə hökumətinin xəbərdarlıqlarına baxmayaraq, hava məkanını pozublar", - deyə bəyanatda bildirilib.
Suriyada hərbi əməliyyatlarda iştirak edən Rusiya Hərbi Hava Qüvvələrinin təyyarələri Türkiyənin hava məkanını pozub.
Rusiya hərbi təyyarələrinin Türkiyənin hava məkanını oktyabrın 3-də pozduğu bildirilir.
Hava məkanı pozulduqdan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri xəbərdarlıq etmək məqsədilə havaya qaldırılıb.
Bundan sonra Rusiya təyyarələri Türkiyənin hava məkanını tərk edib.\ölkə.az