"Azərbaycan və NATO arasındakı münasibətlər uğurla inkişaf edir. Bu tərəfdaşlıq strateji əhəmiyyət kəsb edir".
Aktual.az "Report"a istinadən xəbər verir ki, bunu Rumıniyanın Azərbaycandakı səfiri Kristian Çobanu NATO-Azərbaycan Beynəlxalq Məktəbinin (NISA) qış sessiyasının açılışı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, Rumıniya səfirliyi Azərbaycanda NATO-nun koordinatorudur.
D.K.Çobanu bu əməkdaşlığın gələcəkdə də inkişaf etdiriləcəyini bildirib.
Səfir, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin əvvəlki sammitlərdə olduğu kimi, bu ilin iyununda NATO-nun növbəti sammitində də iştirak edəcəyinə ümidvar olduğunu qeyd edib.
D.K.Çobanu Azərbaycan və NATO-nun eyni çağırışlara malik olmasını qeyd edərək, bu sahədə əməkdaşlığın gücləndirilməsinin mümkünlüyündən də danışıb: "Azərbaycan kibertəhlükəsizlik sahəsində mühüm tərəfdaşıdır. Bu ölkənin nümayəndələri NATO-nun təşkil etdiyi bir neçə treninqdə iştirak edib".