“Biz hər iki tərəflə əməkdaşlığı yüksək qiymətləndiririk”.
Ən vacib məsələ Dağlıq Qarabağ münaqişəsi tərəflərinin iradə nümayiş etdirərək vəziyyətin gərginləşməsinə yol verməməsidir.
Aktual.az Oxu.az-a istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq “Azadlıq” radiostansiyasına müsahibəsində deyib.
O, ABŞ Milli Kəşfiyyat Xidmətinin direktoru Ceyms Klapperin 2016-cı ildə Dağlıq Qarabağda vəziyyətin daha da gərginləşəcəyinə dair bəyanatı barədə sualı cavabsız qoyub.
Eyni zamanda Stoltenberq NATO-nun regionda hadisələrin inkişafını diqqətlə izlədiyini bildirib.
“Biz hazırda Azərbaycan və Dağlıq Qarabağdakı prosesləri diqqətlə izləyirik. Həm Azərbaycan, həm də Ermənistan NATO-nun tərəfdaşlarıdır və biz hər iki tərəflə əməkdaşlığı yüksək qiymətləndiririk”, - o deyib.
Stoltenberq həmçinin Qarabağ münqaişəsi zonasında itkilərdən qaçınmaq üçün nə etmək lazım olduğunu NATO-da bilmələri barədə sualı da cavabsız qoyub.