NATO: "Qarabağda vəziyyət gərginləşdirilməməlidir"

NATO:

"Hazırda Dağlıq Qarabağ münaqişəsi tərəflərinin münaqişə ilə bağlı vəziyyətin gərginləşdirilməsindən qaçmaq üçün iradə nümayiş etdirməsi vacibdir".

Aktual.az azvision.az-a istinadən bildirir ki, bunu NATO baş katibi Yens Stoltenberq "Azadlıq" radiostansiyasına müsahibəsində deyib. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat hazırda Dağlıq Qarabağdakı prosesləri diqqətlə izləyir:

"Azərbaycan və Ermənistan NATO-nun tərəfdaşıdır. Biz hər iki dövlətlə əməkdaşlığı yüksək qiymətləndiririk".

Baş katib həmçinin "ABŞ-ın Milli Kəşfiyyat Xidmətinin direktoru Ceyms Klapperin 2016-cı ildə münaqişə bölgəsində gərginləşəcəyi" barədə dediklərinə münasibət bildirməyib.

Xəbər 537 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR