NATO-nun genişmiqyaslı təlimləri başlayıb Şərqi Avropada

NATO-nun genişmiqyaslı təlimləri başlayıb  Şərqi Avropada

Şərqi Avropada NATO-nun “Müttəfiqlik qalxanı” adlı genişmiqyaslı təlimləri başlayıb. 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, təlimlərdə alyansa üzv olan 19 ölkədən və 3 tərəfdaş ölkədən 15 mindən çox hərbçi iştirak edir.  

“Təlimlər müdafiə xarakteri daşıyır, cənub və şərq istiqamətlərdəki təhlükələrlə bağlı NATO-nun təhlükəsizliyinin möhkəmləndirilməsinə dair tədbirlərin bir hissəsidir. Təlimlər operativliyin, habelə alyans ölkələrinin və tərəfdaşlarının döyüş hazırlığının artırılmasına istiqamətləndirilib”, deyə məlumatda bildirilir.  

Təlimlər iyunun 28-dək davam edəcək və Baltikyanı ölkələr, Polşa və Rumıniya ərazisini əhatə edəcək.

Aktual.az

Xəbər 564 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR