NATO-nun baş katibi Rusiya çağırış etdi

NATO-nun baş katibi Rusiya çağırış etdi
  • DÜNYA

NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv olan dövlətlərin hava məkanının təhlükəsizliyinin təmin olunması üçün Rusiyanı lazımi tədbirlər görməyə çağırıb.


Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Stoltenberq Rusiyaya məxsus "SU-34" təyyarəsinin Türkiyənin hava məkanını pozmasına münasibət bildirərkən bildirib.

"Mən Rusiyanı addımlarını məsuliyyətlə atmağa və NATO-nun havaməkanına hörmət etməyə çağırıram. Rusiya bu cür halların gələcəkdə təkrarlanması üçün bütün lazımi tədbirlər görməlidir", - deyə NATO-nun baş katibi qeyd edib.

Qeyd edək ki, Türkiyə XİN-i Rusiyaya məxsus "SU-34" qırıcı təyyarəsinin Türkiyə hava məkanını pozduğunu bəyan edib. İnsidentlə əlaqədar Rusiyanın Ankaradakı səfiri Türkiyə XİN-nə çağırılıb.

Xəbər 405 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR