NATO meydan oxudu: Putinə mesajımız budur!

NATO meydan oxudu: Putinə mesajımız budur!
  • DÜNYA

Rusiyanın zorakılıq taktikasının NATO-ya heç bir təsiri olmayacaq. Blok Kiyevə güclü dəstəyini davam etdirəcək.
Aktual.az xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib.
"Vladimir Putinə mesaj ondan ibarətdir ki, biz davam edəcəyik, öz istəyinə çatmaması, Ukraynanın qalib gəlməsi üçün nə lazımdırsa, edəcəyik. Biz NATO-yuq. Biz müdafiə ittifaqıyıq, hücum etmirik. Biz NATO ərazisindən kənarda hər hansı başqa ölkənin ərazisini ələ keçirməkdə maraqlı deyilik. Dünya tarixinin ən güclü ittifaqı olan, 1 milyard insana xidmət edən demokratik bir ittifaq olaraq istənilən təhlükə ilə üzləşməyə hazırıq. Biz heç vaxt rəqiblərimizdən qorxmayacağıq”, - Rutte bildirib.
Xəbər 87 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR