Moskva NATO ilə yenidən əməkdaşlıq etməyə hazırdır.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov italiyalı həmkarı Paolo Centiloni ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Əgər NATO-dakı həmkarlarımız müvafiq qərar qəbul etsələr, bu növ əməkdaşlığa qarşı mənfi münasibətlərini dəyişsələr, biz, bu və ya digər istiqamətlərdə qarşılıqlı fəaliyyətə hazırıq", -deyə Rusiya XİN başçısı qeyd edib.