NATO hərbçiləri Skandinaviya yarımadasında şimal qütbünün şərtləri altında hərbi təlimlər keçirməyə hazırlaşır.
Aktual.az APA-ya istinadən bildirir ki, alyansa üzv ölkələrin hərbçilərinin təlimə hazırlığı ilə bağlı videosüjet təşkilatın "Facebook" səhifəsində yerləşdirilib. "Cold Response 2016" adlı təlimlər martın 2-dən 9-dək keçiriləcək.
Təlimlərə 14 ölkədən - Norveç, ABŞ, Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, İspaniya, Kanada, Latviya, Niderland, Polşa, Finlandiya, Fransa və İsveçdən 15 min hərbi qulluqçu cəlb ediləcək.