NATO Gürcüstandakı seçkini şərh etdi

NATO Gürcüstandakı seçkini şərh etdi
  • DÜNYA

Şimali Atlantika Alyansı Gürcüstanda keçirilən parlament seçkilərində beynəlxalq müşahidəçilərin qeyd etdiyi problemlərin araşdırılmasına çağırıb.
Aktual.az xəbər verir ki, bu barədə bəyanatı NATO-nun sözçüsü Fara Daxlala yayıb.
O qeyd edib ki, beynəlxalq müşahidəçilər missiyası Gürcüstanda keçirilən seçkilərdə siyasi qüvvələr arasında qeyri-bərabər rəqabət şəraitinin olduğunu bildiriblər və bu, onların nəticələrinə ictimai etimadı sarsıdır:
"Seçkilərlə bağlı qanun pozuntuları barədə məlumatlar tam araşdırılmalıdır”.
Qeyd edək ki, 26 oktyabrda keçirilən parlament seçkilərində Gürcü Arzusu 54,2 faiz səslə qalib gəlib. Parlamentə düşən 4 müxalif partiya isə seçki nəticələrini tanımadığını açıqlayıb.
Xəbər 187 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR