ABŞ prezidentinin Yaxın Şərq üzrə yeni köməkçisi təyin edilib

ABŞ prezidentinin Yaxın Şərq üzrə yeni köməkçisi təyin edilib

ABŞ prezidenti Barak Obamanın Yaxın Şərq, Şimali Afrika və Fars körfəzi üzrə yeni köməkçisi vəzifəsinə Robert Malli təyin olunub.

 

Bu barədə dövlət başçısının milli təhlükəsizlik üzrə köməkçisi Syuzan Rays bildirib.

 

Hazırda Ağ Evin Milli Təhlükəsizlik Şurasında İran, İraq, Suriya və Fars körfəzi ölkələri üzrə baş direktor vəzifəsində çalışan Robert Malli aprelin 6-dan etibarən postunu tutacaq. O, istefaya gedən Filip Qordonu əvəzləyəcək. 


Xəbər 360 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR