NATO-nun baş katibinin müavini Radmila Şekerinska dekabrın 18-də Ermənistana səfər edəcək.
Aktual.az xəbər verir ki, bu barədə təşkilatın Mətbuat Xidməti məlumat yayıb.
Səfər zamanı onunla bu ölkənin baş naziri Nikol Paşinyan, Parlamentin spikeri Alen Simonyan, xarici işlər naziri Ararat Mirzoyan və müdafiə naziri Suren Papikyan arasında görüşlər keçiriləcək.
R. Şekerinska həmçinin, alyansa üzv dövlətlərin Ermənistandakı səfirləri və vətəndaş cəmiyyəti təmsilçiləri ilə də bir araya gələcək.
Xəbər 63 dəfə oxunub.