NATO-nun Baş katibi Mark Rutte müdafiə xərclərinin artırılması, müdafiə sənayesinin gücləndirilməsi və istehsalın genişləndirilməsinin vacibliyini vurğulayaraq, alyansın uzunmüddətli perspektivdə özünü müdafiə etmək üçün kifayət qədər hərbi məhsul istehsal etmədiyini etiraf edib.
Aktual.az xəbər verir ki, o, bu barədə DPA-ya müsahibəsində deyib.
"Müdafiə xərclərini artırmasaq, dörd-beş ildən sonra ciddi problemlər yaşayacağıq”, - o bildirib.
Rutte Rusiyanın hazırda alyans ərazisinə hücum etməyə qadir olduğuna inanmadığını vurğulayıb:
"İndi qorxmaq lazım deyil. Ancaq uzunmüddətli perspektivdə narahatam. Müdafiə sənayesini gücləndirməliyik, istehsalı genişləndirməliyik. Əlavə istehsal xətləri və növbələr yaradılmalıdır, çünki uzunmüddətli perspektivdə özümüzü qorumaq üçün kifayət qədər hərbi məhsul istehsal etmirik. NATO torpaqlarında müharibənin qarşısını almaq üçün çəkindirici gücümüzü hazırlamaq və gücləndirmək üçün hələ vaxtımız var. Ancaq indi hərəkətə keçməliyik”.
Xəbər 63 dəfə oxunub.