"NATO-nun yekun kommunikesində Dağlıq Qarabağ məsələsini də qeyd edəcəyik.
Mesaj odur ki, bütün tərəfləri gərginliyi azaltmağa, zorakılıqdan çəkinməyə, münaqişənin sülh yolu ilə həllinə nail olmağa çağırırıq".
Bunu NATO baş katibi Yens Stoltenberq media nümayəndələrinin suallarını cavablandırarkən deyib.
"Münaqişəsnin sülh yolu ilə həlli istiqamətində atılan bütün addımları dəstəkləyirik", - deyə baş katib qeyd edib.//APA.az