Natiq Qasımovun büstünün açılışı oldu

Natiq Qasımovun büstünün açılışı oldu

Bu gün Mingəçevirdə Milli Qəhrəman Natiq Qasımovun təhsil aldığı 4 saylı orta məktəbdə büstünün açılış mərasimi keçirilib.
Aktual.az Teleqraf-a istinadla xəbər verir ki, açılış mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, Milli Qəhrəmanın ailəsi, yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəlikcə Mingəçevirə köçüblər.
1992-ci ildə Xocalının Xramort (indiki Pirlər) kəndi yaxınlığında yeddi Azərbaycan əsgəri alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda döyüşlər gedib. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban kilsəsində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır.
22 nəfər Xocalı sakininin öldürülməməsi üçün sonda əlində Azərbaycan bayrağı düşmənə təslim olur.
Natiq Qasımovun sonrakı taleyi məlum deyil.
2024-cü ildə Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun adı verilib.
Azərbaycan Prezidentinin 25 iyun 2024-cü il tarixli 175 saylı sərəncamı ilə Natiq Səlim oğlu Qasımov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb
Xəbər 60 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR