REAL hərəkatının icra katibi Natiq Cəfərli barəsində həbs qətimkan tədbiri seçilib.
Nəsimi rayon Məhkəməsinin qərarı ilə N. Cəfərli 4 ay müddətinə azadlıqdan məhrum edilib. Vəkil Cavad Cavadov deyib ki, N, Cəfərli qanunsuz sahibkarlıq fəaliyyəti, mənimsəmə və vergidən yayınmada ittiham olunur.
Qeyd edək ki, bu gün N. Cəfərli Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə dəvət edilib. Bu barədə onun vəkili Cavad Cavadov məlumat verib.
Daha sonra isə o məhkəməyə gətirilib və barəsində həbs qətimkan tədbiri seçilib.//Apa