Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, NASA-nın Marsa göndərmiş olduğu Curiosity adlı robot çox yüksək temeperatur altında formalaşan maddə tapıb.
Alimlər maddəni "tridimit" adlandırıblar.
Yerdə bu maddəyə nadir hallarda vulkan ocaqlarında rast gəlinir. Mütəxəssislər Marsda bu qədər yüksək temperatur ola biləcəyini düşünmürdülər.
Yeni tapıntı keçmişdə Marsın səthində çoxlu vulkanların partladığını söyləməyə əsas verir.
Curiosity 2012-ci ildən Marsın səthində fəaliyyət göstəriri və canlı həyat izi axtarır.