Amerikanın NASA kosmik agentliyinin mütəxəssisləri Yupiterin müşahidəsinə dair video-hesabat təqdim ediblər.
Ultra HD ilə fövqəldəqiq çəkiliş daha öncə görünməyən detalları nəzərdən keçirməyə imkan verib.
Alimlər Hubble kosmik teleskop vasitəsilə çəkilən şəkillərdən istifadə ediblər. Mütəxəssislər yalnız planetin xəritəsini çəkməyiblər, onlar həmçinin planetin səthində baş verən dəyişiklikləri də müşahidə ediblər.
Tədqiqatçılar külək və qasırğaların istiqamət və qüvvəsinin dəyişməsini qeydə alıblar. Çarxda bir yer ili ərzində böyük qırmızı ləkənin rəngi və ölçüsünün dəyişməsi görünür. Ləkə 240 km qısalaraq forması yuvarlaqlaşmağa başlayıb, ləkənin içində isə astornomlar qəribə ipşəkilli formalaşmalar aşkar ediblər. Bu formalaşmalar hələ tədqiq ediləcək.
Yupiterdə böyük qırmızı ləkə nəhəng uraqan-antisiklondur, Günəş sistemində ən iri atmosfer burulğanıdır. Onun ölçüsü 24-40 km uzunluqda, eni isə 12-14 kmdir. Daha iki şəkildə alimlər nəhəng dalğa aşkar ediblər, indiyə qədər onu yalnız bir dəfə 1977-ci ildə “Voyadjer-2” kosmik aparatının yardımı ilə görmüşdülər.
Yaxın günlərdə Uranın, Neptunun və Satrunun analoji xəritələri təqdim ediləcək.\oxu.az