Narkotiklə saxlanılan şəxs: Dərman kimi atıram — VİDEO

Narkotiklə saxlanılan şəxs:   Dərman kimi atıram — VİDEO

Abşeron rayon Polis İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsidə Cəlilabad rayon sakini 42 yaşlı Rasim Əliyev Xırdalan şəhəri ərazisində  gizlədilən 10 kiloqramdan artıq  narkotik vasitəni götürərkən saxlanılıb. 

Aktual.az Region TV-yə istinadən xəbər verir ki, rayon polis idarəsinə gətirilən saxlanılan şəxsin əlindəki qara rəngli sellofan torbadan 7,5 kiloqram tiryək və 3 kiloqramdan artıq qurudulmuş marixuana çıxıb. 

Rasim Əliyev dindirilmə zamanı bu qədər narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini və əvvəllər tanıdığı İran vətəndaşına sifariş etdiyini deyib:

"2015-ci ildə ciyər xəstəliyimin müalicəsinə görə İrana getmişdim. Orada Camal adlı oğlanla tanış oldum, məni evlərinə qonaq apardı. Mənə dəfələrlə narkotik alveri təklif etdi. İrandan qayıtdım, onun nömrəsini də itirmişdim.

Yanvarın 14-də ona zəng elədim. Dedi ki, narkotika var, sata bilsən, mənə deyərsən. Dedi nə qədər qoyum, dedim 30-50 qram qoy. Bilsəydim ki, oraya 10 kq qoyub, getməzdim heç".

Narkotik maddələrə meyli olduğunu deyən Əliyev, səhhətindəki problemləri əsas gətirərək onlardan dərman kimi qəbul etdiyin deyir:

"Ciyərim hepatitdir, narkotiki ağrıkəsici dərman kimi atmışam. Tiryək az istifadə etmişəm. Xəsətliyimlə bağlı kağızım da var. Peşmanam, 3 balam var, biri 2-ci kursda oxuyur".

Hazırda fakt üzrə Abşeron polisində zəruri istintaq hərəkətləri davam etdirilir. Nakotik maddənin mənbəyinin müəyyən edilmə istiqamətində əməliyyat tədbirləri keçirilir. Rasim  Əliyevi bu cinayət əməlinə görə isə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 

 
Aktual.az
Xəbər 569 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR