Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ana və qızı saxlanılıb.
Aktual.az ARB TV-yə istinadən xəbər verir ki, Balakən RPŞ-yə daxil olmuş məlumat əsasında rayonun Qazma kənd sakinləri olan 55 yaşlı Şümeysət Əliyeva və qızı 34 yaşlı İlahə Əliyevanın yaşadıqları evdə əməliyyat-axtarış tədbiri keçirilib.
Evdən 8 ədəd müxtəlif bağlamalarda ümumi çəkisi 3 kq 446 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Məlum olub ki, narkotik vasitəni onlara tanışları rayonun Mahmalar kənd sakini, 33 yaşlı Kamran Babayev verib.
Vüqar Hemişov - Balakən RPŞ-nin istintaq bölməsinin müstəntiqi: "Kamran Babayevin yaşadığı evə baxış zamanı isə oradan 46 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Azərbaycan respublikası CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir. Hər üç şəxs RPŞ-də şübhəli şəxs qismində saxlanılıblar".
Xəbər 812 dəfə oxunub.