Millət vəkilinin kitablarının Tovuz kəndlərində təqdimatı olub FOTOLAR

Millət vəkilinin kitablarının Tovuz kəndlərində təqdimatı olub      FOTOLAR



Tovuz kəndlərində millət vəkili Qənirə Paşayevanın kitablarının təqdimatı və uşaqlarla, gənclərlə görüşü olub.


Millət vəkili onlarla kitablar ətrafında söhbət aparıb və müəllifi olduğu kitabları “Məndən sonra …”, “Səndən sonra …”, “O…” , “Dünyanı dəyişən alimlər”, “Hesab vaxtı”, “Aşk deyince ötesini arama …” və s. kitablarını imzalı onlara hədiyyə edib.


Q.Paşayeva deyib ki, ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. O, inkişafın yolunun kitabdan, oxumaqdan, öyrənməkdən keçdiyini bildirib və əlavə edib ki, artıq  çoxlu sayda  kəndlərdə kitab ətrafında gənclərlə müzakirələr aparmaqdan və onlara müəllifi olduğu kitabları hədiyyə etməkdən böyük məmnuniyyət duyur. 


Rayonda kitab evlərinin, dükanlarının açılmasına böyük ehtiyac olduğunu söylədiyini deyən millət vəkilinin sözlərinə görə, rayonda və kəndlərdə ziyalılarla, yazarlarla, şairlərlə görüşlərin keçirilməsi, kitab təqdimatı və imzalanmalarının təşkil olunması gənclər arasında kitab oxumağa meyilliyin artırılması istiqamətində müsbət addım olardı.


O, bu məsələ ilə bağlı rayon rəhbərliyinə də Tovuz əsilli bir sıra iş adamlarına müraciət etdiyini də deyib.


“Rayonda ən azı 1-2 kitab evinin açılması çox önəmlidir və mən iş adamlarımızdan bir daha buna diqqət yetirmələrini xahiş edirəm, oxumaq, öyrənmək ən böyük zənginlikdir”, deyən Q. Paşayeva gəncləri çoxlu kitab oxumağa çağırıb.


Millət vəkili kənd ziyalılarını da gənclər arasında bu meyilliyin artmasında daha çox çalışmağa çağırıb. O, Tovuzda bu istiqamətdə tədbirlərin artmasına bundan sonra da əlindən gələn dəstəyi əsirgəməyəcəyini vurğulayıb, müəllifi olduğu kitablar barədə geniş məlumat verib, sualları cavablandırıb.


Millət vəkili bütün rayon ziyalılarını gənclərin kitab oxumasına meylliyinin artması istiqamətində fəal olmağa çağırıb: “Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması istiqamətində daha çox işlər və layihələr həyata keçirməliyik,”.


Kitabı ən qiymətli hədiyyə adlandıran millət vəkili, tədbirin sonunda müəllifi olduğu kitabları imzalayaraq görüşdə iştirak edən bütün uşaqlara, gənclərə hədiyyə edib.

Xəbər 1004 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR