Azərbaycan Nazirlər Kabineti "Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin Şərtləri və Qaydaları"nda dəyişiklik edib.
Aktual.az report-a istinadən bildirir ki, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Dəyişikliyə əsasən, bundan sonra əvəzedici müalicə proqramının iştirakçısı yardımçı müalicə zamanı narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunduqda proqramdan çıxarılacaq və bir daha qaytarılmayaq.