Nardaranda sökülən 28 obyekt sahibinə kompensasiya verilib

Nardaranda sökülən 28 obyekt sahibinə kompensasiya verilib

Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsinin Abşeron küçəsində aparılan abadlıq-quruculuq işləri yekunlaşıb.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə istinadən “Report” xəbər verir ki, həmin küçədə 28 nəfərə kompensasiya verilib. Qeydə alınan digər 71 obyektə görə isə kompensasiya yaxın vaxtlarda ödəniləcək.

Bildirilir ki, qəsəbənin Nəsrullah Əsgərov küçəsindəki sakinlərə söküntü ilə əlaqədar kompensasiya Novruz Bayramından sonra veriləcək: "Həmin küçədə 43 obyekt söküntü ərazisinə düşüb".

Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR