Nardaran qəsəbəsində sakinlərin toplaşdığı İmam Hüseyn meydanı tamamilə boşalıb.
Aktual.az APA-ya istinadən xəbər verir ki, artıq texnika vasitəsilə qəsəbənin yollarına tökülmüş daş-kəsək təmizlənib, mərkəzi meydanda qurulmuş çadır sökülüb.
Sakinlər öz evlərinə dağılışıblar.
Qəsəbəyə gələn marşrut avtobuslar və maşınlar ənənəvi yoldan istifadə edirlər.
***
Nardaranda meydanın boşaldılmasına qərar verildi
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Nardaran sakinləri günorta saatlarında Hüseyniyyə məscidində toplaşaraq apardıqları müzakirələrin sonunda qərar qəbul ediblər.
Nardaran sakinləri meydanı tam boşaltmağa, evlərə qayıtmağa qərar veriblər.