Nardaranda danışıqlar bitdi - YENİLƏNİB

Nardaranda danışıqlar bitdi   - YENİLƏNİB

Sabunçu qəsəbəsinin Nardaran qəsəbəsində kənd ağsaqqalları ilə rayon rəhbərliyi arasında danışıqlara başlanıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə kənd ağsaqqalı Hacı Tağı məlumat verib. Məlumata görə, kənd ağsaqqalları ilə rayon icra hakimiyyəti nümayəndələri arasında danışıqlar başlayıb. Məlumata görə, sakinlərin asayişə riəyyət etmələri xahiş olunub. Ümumilikdə, kənd sakinləri ilə hələ ki, ümumi məxrəcə gəlinməyib.. Sakinlər həbs olunan şəxslərin azadlığa buraxılmasını tələb edirlər.

***

Nardaranda aparılan danışıqlar bitib. Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimovun Trend-ə verdiyi məlumata görə, tərəflər arasında ümumi razılığa gəlinməyib: "Kənd ağsaqqalları hadisə nəticəsində öldürülən kənd sakinlərinin meytlərini tələb ediblər. Sabunçu Rayon Prokurorluğu isə hələlik həlak olanların meyitlərini ailələrinə təhvil verməyib. Kənd ağsaqqalları bununla bağlı Sabunçu Rayon Prokurorluğuna xəbər göndərib ki, meyitlər təhvil verilməyənə qədər kənd sakinləri heç bir danışıqlara getməyəcək".

Xəbər 648 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR