Bakının Nardaran qəsəbəsində etiraz aksiyası keçirilir.
Aktual.az report-a istinadən xəbər verir ki, qəsəbəyə çəkilişə gələn "Azad Azərbaycan" Televiziyasının (ATV) avtomobilinin üzərinə bir neçə nəfər hücum edib. Avtomobil daşa basılıb, sürücüsü isə döyülüb.
Bir neçə nəfər "Report" İnformasiya Agentliyinin avtomobilinə də hücum etmək istəyib. Lakin sürücü Müşfiq Novruzov ərazidən uzaqlaşa bilib.
Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanları Bakının Nardaran qəsəbəsində əməliyyat keçirib. Əməliyyat zamanı polisə atəş açılıb. İkisi polis olmaqla, 3 nəfərin öldürülməsi haqda məlumatlar yayılıb.