Nardaranda 700-dən çox smart tipli qaz sayğacı quraşdırılıb

Nardaranda  700-dən çox smart tipli qaz sayğacı quraşdırılıb

Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Nardaran qəsəbəsində smart tipli qaz sayğaclarının quraşdırılması prosesi davam edir.
Aktual.az "Report"a istinadən xəbər verir ki, İstehsalat Birliyinin Bakı regional satış Departamentinin balans və satış şöbəsinin rəisi Emin Şahkərimov  bildirib ki, ötən həftəyə olan məlumata görə, qəsəbədə 700-dən çox smart tipli sayğac quraşdırılıb.
"Qəsəbə sakinləri ilə müqavilələr bağlanır, texniki baxış keçirilir. Kartlar hazırlanaraq abunəçilərə təqdim olunur. Ümumilikdə, qəsəbədə 1 950 abonent var", - deyə şöbə rəisi qeyd edib.

Xəbər 536 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR