Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində və ətrafında 15 nöqtədə 45 videomüşahidə kamerası quraşdırılıb.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə məlumat Azərbaycan Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Qəsəbə ərazisində 3 nöqtədə nömrətanıma sistemi olmaqla, ümumilikdə 18 nöqtədə 51 videomüşahidə kamerası quraşdırılıb.