Hacı Allahşükür Paşazadənin əmr imazalayıb.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən Nardaran qəsəbəsinə qazı təyin olunub.
Aktual.az APA-ya istinadən xəbər verir ki, QMİ-nin təşkilati məsələlər şöbəsinin müdiri Hacı Əlirza Qafarov bildirib ki, Nardaran qazısı Hacı Musa Qasımovdur.
QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin əmri ilə qazı təyin olunan M. Qasımov Nardarandakı Cümə məscidinin axundu olub. QMİ tərəfindən təyin olunan qazı qəsəbədəki məscidlərin fəaliyyətini əlaqələndirəcək.