Nardaran sakini tüfəngini polisə təhvil verib.
Aktual.az DİN-ə istinadən xəbər verir ki, Sabunçu rayonunun Nardaran qəsəbə sakini İlqar Bəşirov "TOZ-34" markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis bölməsinə təhvil verib.
Bundan başqa, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Mamırlı kənd sakini Səxavət Mahmudovdan müvafiq sənədləri olmayan "İJ-18" markalı tüfəng götürülüb.
Aktual.az
Xəbər 371 dəfə oxunub.