“Nardaran işi” ilə bağlı məhkəmə prosesi davam edir

“Nardaran işi” ilə bağlı məhkəmə prosesi davam edir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Çəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.

Aktual.az Teleqraf.com -a istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Əli Nuriyev, Cavid Balakişiyev və Şamil Əbdüləliyevin vəkilləri vəsatətlə çıxış edib. Onlar müdafiə etdikləri şəxslərin barələrində olan həbs qəti imkan tədbirinin dəyişdirilməsini istəyiblər. 

Prokuror verilən vəsatətlərin təmin edilməməsini istəyib.

Daha sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar. 

Günün ikinci yarısında ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Çəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının qərarı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, müşavirədən qayıdan hakim heyəti vəsatətlərin heç birini təmin etməyib. Məhkəmə baxışı avqustun 3-nə təyin edilib.


Xəbər 316 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR