Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Abbas Quliyev ifadə verib. O, ibtidai istintaq zamanı verdiyi ifadələrdən imtina edib. Bildirib ki, Nardaranda məlum hadisə baş verən evin sahibi onun qohumudur və həmin evdə olan yaşlı qadına dərman verməyə gedəndə onu tutublar.
Prokuror Ramin Nağdəliyev ondan ifadəsini oxuyub-oxumadığını, təşkilatla əlaqəsinin olub-olmadığını, Taleh Bağırovu tanıyıb-tanımadığını soruşub. Təqsirləndirilən şəxs Taleh Bağırovu tanıdığını, lakin təşkilatla əlaqəsinin olmadığını deyib.
Təqsirləndirilən İbrahim Xudaverdiyev də ibtidai istintaqa ifadələrindən imtina edib. Prokurorun suallarına cavab olaraq bildirib ki, həmin evə oğlunun dalınca gedib.
İclasda ifadə verən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da ittihamlarla razılaşmayıb.
Proses fasilədən sonra davam etdiriləcək. (APA)
Xəbər 282 dəfə oxunub.