Nardaran ağsaqqalları dövlət qurumlarına müraciət etdilər

Nardaran ağsaqqalları dövlət qurumlarına müraciət etdilər

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Nardaranda keçirdiyi əməliyyat nəticəsində ölənlərin cənazələrinin bu gün ailələrinə təhvil veriləcəyi gözlənilir.
Aktual.az report-a istinadən xəbər verir ki, bu barədə Nardaran Ağsaqqallar Şurasının sədri kərbəlayi Natiq Kərimov deyib.

N.Kərimov bildirib ki, bununla bağlı dövlət qurumlarına Nardaran Ağsaqqallar Şurası adından müraciət ünvanlanıb.

N.Kərimov qeyd edib ki, müraciətdə, həmçinin "İmam Hüseyn" meydanının boşaldıldığı vurğulanıb, Nardaran sakinlərinin məsələnin dinc yolla həll edilməsinin tərəfdarı olduqları qeyd edilib: "Əsas cənazələrin verilməsinə çalışırıq. Bundan əlavə, kənddə işıq yoxdur, tezliklə işığı bərpa etmək lazımdır. Burada işləri həll edən dövlətdir".

O deyib ki, noyabrın 29-da "İmam Hüseyn" meydanı boşaldıldıqdan sonra hər hansı xoşagəlməz hal baş verməyib.

Qeyd edək ki, Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar törətməyi planlaşdıraraq din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə DİN-ə daxil olmuş məlumat əsasında noyabrın 26-da Bakının Nardaran qəsəbəsində əməliyyat keçirib.

Əməliyyat zamanı silahlı insident baş verib. Nəticədə ikisi polis əməkdaşı olmaqla, 6 nəfər ölüb. Bir nəfər isə Sabunçu Rayon 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Xəbər 473 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR