Hər zaman abunəçilərini düşünərək maraqlı kampaniyalar keçirən "Nar”,
14 fevral –Sevgililər Günü münasibətilə növbəti müsabiqəsinə start verib. Mobil
operator "Facebook” və "Instagram” hesablarında
sosial şəbəkə iştifadəçilərinə sevgisini
özünəməxsus şəkildə ifadə etməyə şərait yaradır. Belə ki, "Nar” istifadəçilərinə
"Sevgi daim öz istifadəçilərini sevindirməkdir”
postunun şərh bölməsində sevgini mətn, şəkil
və ya video formatında kreativ ifadə etmə imkanı verilir. Seçilmiş ən kreativ 2
nəfər 14 fevral tarixində sevdiyi şəxslə birlikdə şəhər restoranlarından
birində şam yeməyindən zövq ala biləcəklər.
Qeyd edək ki, müsabiqə 13 fevral, saat 12:00-dək davam edəcək və iştirakçılar arasında ən maraqlı şərhlər "Nar” əməkdaşları tərəfindən
seçiləcək. Qaliblər, seçilmiş istifadəçilər arasından təsadüfi seçim üsulu ilə
müəyyən ediləcək.
"Azerfon”
şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi
irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə
olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin
istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3
milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Xəbər 349 dəfə oxunub.