AB-yə üzv ölkələr Gürcüstan hakimiyyətinin kursundan son dərəcə narahatdır və bu, ölkəni quruma üzvlükdən uzaqlaşdırır.
Aktual.az xəbər verir ki, bunu AB-nin baş diplomatı Jozep Borrell Brüsseldə XİN başçılarının qeyri-rəsmi görüşündə deyib.
Onun sözlərinə görə, nazirlər müzakirələr zamanı Gürcüstandakı vəziyyətə toxunublar.
"Biz bu ölkənin kursu ilə bağlı son dərəcə və getdikcə daha çox narahat oluruq. Gürcüstan AB-dən daha da uzaqlaşır”, - Borrell bildirib.
Xəbər 174 dəfə oxunub.