Hər zaman gənclərə dəstək olan, onların peşəkar karyera qurmalarına,
maariflənməsinə və asudə vaxtının səmərəli keçirilməsinə çalışan "Nar”, 2
fevral – Gənclər Günü münasibətilə istedadlı və yaradıcı gənclərə öz dəstəyini
göstərib. Belə ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş
mükafatlandırma mərasimində mobil operator uğurlu fəaliyyəti ilə seçilmiş tələbə
gənclər təşkilatlarını təbrik edib.
Gənclər Gününə həsr olunmuş tədbirdə 2019-cu ildə müxtəlif sahələrdə nailiyyətlər
qazanmış, respublikamızı xarici ölkələrdə yüksək səviyyədə təmsil etmiş gənclər,
eləcə də ictimai fəallığı ilə seçilmiş gənclər təşkilatları mükafatlandırılıb. Məqsəd
yüksək nailiyyət əldə etmiş gənclərin əməyini qiymətləndirmək, istedadlı
gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün əlverişli şərait
yaratmaq və onların peşəkarlıq səviyyəsinin artırılması üçün əlavə stimul
verməkdir.
Qeyd edək ki, "Nar”
korporativ sosial məsuliyyət strategiyası çərçivəsində gənclərin cəmiyyət üçün əhəmiyyətini anlayaraq, onların maariflənməsi, dünyagörüşü
və analitik düşüncə bacarığını inkişaf etdirən layihələrə dəstək verib. "Nar”ın
KSM layihələri haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.
"Azerfon”
şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi
irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə
olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin
istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş
ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3
milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Xəbər 632 dəfə oxunub.