İnformasiya texnologiyaları sahəsində
ixtisaslı kadrların yetişməsinə xüsusi önəm verən "Nar”, bu sahədə təhsil alan
gəncləri dəstəkləməyə davam edir. ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində
mobil operator İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsi tələbələrinin təhsilini dəstəkləmək üçün ADA
Universitetinin Təqaüd Fonduna öz töhfəsini verib.
Fevralın 21-də baş
tutan növbəti "Akademik Mükəmməllik Günü”ndə
Lütfi Zadə adına təqaüd sahiblərinin adı açıqlanıb. Qeyd edək ki, bu təqaüdə
layiq görülən tələbələr bir semestrin təhsil
haqqından tamamilə azad olunurlar.
Bundan başqa, "Nar” və ADA Universiteti arasında uzunmüddətli
əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş istiqamətlər sırasında startap layihələrini
dəstəkləyən ADA İnnovasiya Mərkəzi ilə tərəfdaşlıq, ADA-nın tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif
edilməsi, Universitetin ixtisasartırma proqramlarına "Nar” əməkdaşlarının cəlb
edilməsi kimi tədbirlər də mövcuddur.
"Nar”-ın elm və təhsilin inkişafına yönəlik sosial
layihələri haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart
2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda
telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə
çevrilib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,9%-ni əhatə edir və 8700-dən
artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət
göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin
müqayisəli testlərinə əsasən, "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi
üzrə ölkədə ən yüksək nəticəyə nail olub.
Xəbər 224 dəfə oxunub.