Müştərilərinə
hər zaman keyfiyyətli şəbəkə təcrübəsi təqdim edən "Nar”ın, 4/4.5G şəbəkəsinə
qoşulan və aktiv şəkildə istifadə edən abunəçilərinin sayı 1 milyonu ötüb. Son
bir ildə Bakı və regionlarda quraşdırılmış 1000-dən çox yeni LTE/LTE-A
texnologiyalı baza stansiyaları sayəsində "Nar”ın ümumilikdə 4G istifadəçilərinin
sayı iki dəfə artıb.
Mobil operator paytaxtla yanaşı, regionlarda da şəbəkəsinin gücləndirilməsinə
hər zaman xüsusi önəm verib. Belə ki, təkmilləşmə
işləri nəticəsində, ötən illə müqayisədə müxtəlif bölgələr üzrə 4G istifadəçilərinin
sayında 101% artım qeydə alınıb. 4G şəbəkəsinə qoşulan 1 milyonuncu istifadəçi
də məhz region sakini - Oğuz rayonundan Müşviq Babayev olub. "Nar”ın Baş İcraçı
direktoru Qunnar Panke tərəfindən "Nar”ın baş ofisində qarşılanan 1 milyonuncu
4G istifadəçisinə ən son model dəyərli smartfon hədiyyə edilib.
"Keyfiyyətli və yüksəksürətli LTE/LTE-A şəbəkəsinin daha da genişləndirilməsi müştəriyönümlü
biznes yanaşmamızın əsas istiqamətlərindəndir. Ən gənc mobil operator olaraq, mühüm
bir nailiyyətimizi qeyd edirik. Belə ki, 4G şəbəkəmizdən yararlanan abunəçilərimizin
sayı artıq 1 milyonu ötüb. Bu isə hər iki "Nar” abunəçisindən birinin aktiv 4G
istifadəçisi olması deməkdir. "Nar”ın müştərilər tərəfindən yalnız rahat və sərfəli
məhsullar üçün deyil, həm də keyfiyyətli şəbəkəsinə görə seçilməsi bizi
sevindirir”, - deyə Qunnar Panke bildirib.
"Nar”ın 4G abunəçilərinin sayının artmasına ölkə arazisində yeni baza
stansiyalarının quraşdırılması, mobil operatorun təqdim etdiyi paketlər və tariflər,
eləcə də 4G smartfon penetrasiyasının artımı
təsir edib. "Nar” artıq 54 bölgə mərkəzini 4G şəbəkəsi ilə təmin
edib ki, bu da coğrafi ərazi əhatəsini 76%-ə qaldırıb. Hazırda "Nar”ın 4G şəbəksi
ölkə əhalisinin 93,2%-ni əhatə edir.
"Azerfon”
şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,9%-ni
əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə
yüksək keyfiyyətli xidmət göstərir.
Xəbər 337 dəfə oxunub.