Naqif Həmzəyevdən açıqlama

Naqif Həmzəyevdən açıqlama

Məhəmməd Əmin Rəsulzadəni təhqir etməsi ilə bağlı yayılan xəbərlərə. millət vəkili Naqif Həmzəyev münasibət bildirərkən deyib:

“Mən Rəsulzadəni təhqir etməmişəm və etmək də fikrim yoxdur. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş jurnalistikanın bəzi nümayəndələri bu peşəni biznes maraqlarına qurban veriblər. Mən informasiya terrorunun qurbanına çevrilmişəm. Bütün deputat həmkarlarımdan, ictimaiyyət nümayəndələrindən, jurnalistlərdən xahişim odur ki, bu çirkin əmələ qoşulmasınlar və bu oyunun alətinə çevrilməsinlər. Deputat fəaliyyətinin ilk dövrünü məhkəmə ilə başlamaq istəmədim. Sadəcə olaraq susmağı və səbr etməyi üstün tuturam. Rəsulzadə tarixi şəxsdir və bütün tarixi şəxslərə bizim hörmətimiz var. Millət vəkili heykəl qoymur. Dəfələrlə bəyan edilib ki, qeyri-rəsmi ortamda heç bir açıqlamadan söhbət gedə bilməz. Çox təəssüflər olsun ki, orada olan dialoq təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırılıb. Mənim söylədiyim tək söz var ki, yeganə liderim ulu öndər Heydər Əliyevdir”.

Aktual.az

Xəbər 556 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR