İtaliyanın "Napoli" klubunun prezidenti Aurelio De Laurentis Xorvatiyanın "Hayduk" klubunu almaq niyyətindədir.
"Report" Jutarnji.hr saytına istinadən xəbər verir ki, bunu onun özü deyib.
İtaliya klubunun rəhbəri Xorvatiya təmsilçisini almağa çalışacağını bildirib: "Mənə sadəcə vaxt lazımdır. Klub və şəhər rəhbərliyi ilə danışıqlara hazıram".
Qeyd edək ki, Aurelio De Laurentis "Napoli" ilə yanaşı, İtaliyanın "Bari" klubunun da prezidentidir.
Aktual.az
Xəbər 559 dəfə oxunub.