"Twitter”in təsisçisi Cek Dorsinin sosial şəbəkədəki "account”u naməlum şəxslər tərəfindən "qırılıb”.
"Report” xəbər verir ki, bu barədə "Twitter”in kommunikasiyalar üzrə komandası məlumat yayıb.
"Biz bilirik ki, Cekanın hesabı "qırılıb” və nə baş verdiyini aydınlaşdırırıq”, – deyə məlumatda qeyd olunur.
Şirkətin mətbuat xidmətinin sonradan yaydığı məlumata görə, baş direktor Cek Dorsinin "Twitter” hesabı üzərində nəzarəti bərpa olunub və onun hesabının təhlükəsizliyi təmin edilib.
Xəbər 2173 dəfə oxunub.